13 mart 2016 19:40
Qurban Qurbanov: Uşaqlar Sumqayıtla oynamaqdan yorulmadıqlarını göstərdilər
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Vacib oyun idi. Eyni rəqibə qarşı ardıcıl üç oyun keçirəndə bu, psixoloji baxımdan müəyyən problemlər yaradır. Amma uşaqlar "Sumqayıt"la oynamaqdan yorulmadıqlarını göstərdilər. Hər bir qələbə vacibdir və xallar qazanmağa davam etməliyik. Odur ki, bu qələbə münasibətilə komandamı təbrik edirəm". (CBC)
