13 mart 2016 18:30
Vəli Qasımov: Qol vurub, qalib gəlmək üçün yetərincə şansımız oldu
"Neftçi"nin baş məşqçisi funksiyasını müvəqqəti yerinə yetirən Vəli Qasımov Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Komandamız yaxşı oynadı. Uşaqları tərifləmək istərdim. Müdafiə xəttindən daha çox razı qaldım. Rəqibə qol vəziyyəti yaratmağa imkan vermədik. Qol vurmaq, qələbə qazanmaq üçün yetərincə şansımız oldu".
Qasımov epizodların birində cərimə zərbəsini Araz Abdullayevin vurmasını istəsə də, onu Rəhman Hacıyev yerinə yetirdi. O, həmin epizodu belə şərh edib: "Düzdür, kənardan elə dedim. Amma Rəhman özünə inandığını bildirdi və vurdu".
