Tərlan Əhmədov: Heç-heçəni ədalətli nəticə sayıram
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Meydana üç xal üçün çıxmışdıq. Məcburi dəyişikliklər etməli olduq. Tagim Novruzovla Kamal Mirzəyev bizə ikinci hissədə də lazım idi. Bütövlükdə, heç-heçəni ədalətli nəticə sayıram. Oyunumuzu büdcəmizə görə qiymətləndirməyib. Biz digər rəqiblərimizdən pis, zəif oynamırıq. Qazanılan bir xaldan razıyam".
"İnter" və "Zirə"nin avrokuboklara buraxılmayacağı halda AZAL növbəti mövsümdə avrokuboklarda iştirak edə bilər. Bəs görəsən Əhmədov bu barədə nə düşünür: "Biz bu barədə düşünmürük. Öz oyunumuzu göstərməyə çalışırıq. Mövsümün əvvəlindən heç kim bizim avrokuboklar uğrunda mübarizə aparacağımızı gözləmirdi. Şans var və biz sonadək bunun üçün çalışacağıq".
