Roman Qriqorçuk: Biz heç nədə Zirədən zəif deyildik
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Rəqibi qələbə münasibətilə təbrik etməliyik. Bu gün vacib xallar itirdik. Halbuki, qələbə qazanmalıydıq. Çünki həm qol vəziyyətlərimiz çox idi, həm də üstünlük bizdəydi. Bütün bunlar bizim qələbə qazanmalı olduğumuzun göstəricisidir. Sadəcə, rəqib bizim səhvlərimizdən yaxşı yararlandı və qələbə qazandı. Əvvəlki oyunları yada salmağın mənası yoxdur. Hər oyun fərqli olur. Lakin bu gün bizim rəqibdən nədəsə zəif olduğumuzu heç kim deyə bilməz.
Aleksey Qayın zədələnməsi oyunumuza nə dərəcədə təsir etdi? Aydın məsələdir ki, o, komandamız üçün önəml fiqurdur. Təbii ki, meydanı tərk etməsi oyunumuza təsir etdi. Lakin yüksək yerlər uğrunda mübarizə aparan komanda bir futbolçudan asılı olmamalıdır". (CBC)
