13 mart 2016 14:30
Rail Məlikov: Neftçidəki son dəyişikliklər məni maraqlandırmır
AZAL-ın kapitanı Rail Məlikov Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Meydana qələbə qazanmaq üçün çıxacağıq. "Neftçi" bu həftə "Xəzər Lənkəran"a qalib gəlib. Bu mövsüm biz "Neftçi"yə iki oyunda qalib gəlmişik. Amma həmin görüşlər geridə qalıb. Bu dəfə fərqli oyun olacaq. Bizi heç turnir cədvəli maraqlandırmır. Əsas meydandan qalib ayrılmaqdır. Nə qədər çox xal toplasaq, bir o qədər yaxşıdır. "Neftçi"dəki son dəyişikliklər məni maraqlandırmır. Bizim üçün əsas öz oyunumuzdur".
