13 mart 2016 14:00

Xizanişvili: Azərbaycan Premyer Liqası Türkiyə Super Liqasına bənzəyir

"İnter"in müdafiəçisi Zurab Xizanişvili Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində "Rəvan"a qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Sizə elə gəlmir ki, "Rəvan" kubokdakı məğlubiyyətin əvəzini Premyer Liqa matçında çıxmağa çalışacaq?
- Biz də oyuna qələbə üçün çıxacağıq. Əlbəttə, kubok və çempionat oyunları bir-birindən tam fərqlənir. Amma bizim bu görüşdəki hədəfimiz üç xal qazanmaqdan ibarətdir.

- Bu komanda üzərində qazandığınız son qələbəni necə şərh edərdiniz?
- Asan oyun olmadı. Səfərdə 1:2 hesabı ilə uduzmuşduq. Bu üzdən də yarımfinala çıxmaq üçün doğma meydanda mütləq qələbə qazanmalı idik. Bunu bacardıq. Çətin də olsa, 3:0 hesabıyla qalib gəlib, yarımfinala çıxdıq.

- "Rəvan"a ilk oyunda uduzduğunuz üçün həmin matçın danışılmış olduğu barədə xəbərlər yayıldı...
- Mən sizi başa düşürəm. Amma bu məlumatı şərh edə bilmərəm. Kimsə bunu sübut etsə, ona cavab verərəm. Nə mən oynadığım klublarda, nə də özüm belə işlərlə məşğul olmuşam. Kimsə belə iddia irəli sürürsə, bizə hörmət etmir.

- Yarımfinalda sizi "Qarabağ"la oyun gözləyir. Finala çıxmaq şansınızın az olduğunu demək olar?
- Kubok bizim üçün çox vacib turnirdir. Bu turnirdə qalib gəlmək bizim üçün böyük uğur olardı. Amma "Qarabağ" çox güclü rəqibdir. Bizim üçün bu rəqibə qarşı oynamaq həmişə çətin olub. Lakin buna baxmayaraq, biz hər iki oyunda uğurlu çıxış edib, finala çıxmağa çalışacağıq.

- Türkiyə və İngiltərə çempionatlarında çıxış edəndən sonra indi də Azərbaycanda oynayırsınız. Bu çempionatlar arasında çoxmu fərq var?
- Azərbaycan çempionatı Türkiyə Super Liqasına bənzəyir. Azarkeşlər və oyunlardakı atmosfer Türkiyədəkinə yaxındır. Amma bütün bunları İngiltərə Premyer Liqasındakı ilə müqayisə etmək olmaz. Bu ölkənin çempionatı çox yüksək səviyyədədir.

- Azarkeş marağının az olduğu Premyer Liqamızda oynamaq darıxdırıcı deyil?
- Əlbəttə, çətindir. Azarkeşin az olduğu oyunlarda meydana çıxmaq bir qədər darıxdırıcı olur. Bəzən elə oyun olur ki, asan keçəcəyini düşünürsən, amma məhz azarkeşlərə görə çətin qarşılaşma alınır. Fanatlar komanda üçün əlavə oyunçuya bərabərdir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.