13 mart 2016 13:30
Adil Nağıyev: Çempionat matçında Qəbələdən qisasımızı alacağıq
"Zirə"nin müdafiəçisi Adil Nağıyev Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ"yə kubok oyunlarında məğlub olduq. Təbii ki, bunun komandaya təsiri olacaq. Fikrimcə, həmin məğlubiyyətlər komandamızın daha yaxşı motivasiya olmasına şərait yaradacaq. Qəbələdəki kubok görüşündə 1:5 hesabıyla uduzsaq da, nəticə meydandakı oyunu əks etdirmirdi. Çempionat oyununda revanş alacağıq".
