13 mart 2016 13:00
Erat 90 dəqiqə oynadı, Fortuna qələbə qazandı
Almaniya Qərb Regional Liqasında 28-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası səfərdə "Velbert"lə qarşılaşıb. Matç futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb - 3:1. Start heyətdə meydana çıxan Erat sonadək mübarizə aparıb.
Qeyd edək ki, Toğrulun komandası hazırda 39 xalla 19 klub arasında 6-cı pillədə qərarlaşıb.
