13 mart 2016 19:20

Qarabağ, Zirə və İnter qalib gəldi, Neftçi yenə xal itirdi

Bu gün Topaz Premyer Liqasında 25-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turun bütün oyunları eyni gündə baş tutub.

Turun mərkəzi oyununda turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Zirə" səfərdə əsas izləyicisi "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirib. Bir neçə gün öncə kubokda bu rəqibinə böyük hesabla uduzan zirəlilər Premyer Liqa matçında da erkən qolla hesabda geri düşüb. Amma paytaxt klubu matçın gedişində iki qol vuraraq, əzmkar qələbə qazanıb. Bu oyunda dubla imza ataraq komandasının qələbəsində böyük pay sahibi olan Nelson Bonilya da bombardirlər yarışında zirvəni ələ keçirib.

Dördüncü pillədə qərarlaşan "İnter" də bir neçə gün öncə kubokda yolundan kənarlaşdığı "Rəvan"la görüşüb. Zaur Svanadzenin komandası bu oyunda da inamlı qələbəyə sevinib.

Avrokuboklara vəsiqə qazanmağa çalışan "Kəpəz" bu tur "Xəzər Lənkəran"la qarşılaşıb. Gəncəlilər doğma meydanda iki cavabsız qolla üstün olublar.

Turun daha bir dueli iki paytaxt klubu - AZAL və "Neftçi" arasında keçirilib. Hesabı meydan sahibləri açsa da, Nikolas Kanalesin vurduğu cavab qolu "ağ-qaralar"ı məğlubiyyətdən xilas edib. Nəticədə, paytaxt derbisi sülhlə bitib.

Nəhayət, turun qapanış matçında çempionatın lideri "Qarabağ" səfərdə "Sumqayıt"ın qonağı olub. Ağdam klubu növbəti qələbəsini qazanaraq, zirvədəki mövqeyini möhkəmləndirib.

Topaz Premyer Liqası
25-ci tur

13 mart (bazar)

“Kəpəz” - “Xəzər Lənkəran” - 2:0 (0:0)
Qollar: T.Nərimanov, 48 (1:0). T.Rzayev, 89 (2:0).
Hakimlər: Rəvan Həmzəzadə, Munis Abdullayev, Vüsal Qənbərov, Ömər Paşayev.
Gəncə şəhər stadionu.

“Kəpəz”: 88. Tadas Simaitis, 23. Tural Nərimanov, 18. Tural Axundov (k), 3. Tərlan Quliyev, 15. Azad Kərimov, 5. Kərim Diniyev, 8. Budaq Nəsirov, 27. Bəxtiyar Soltanov, 9. Namiq Ələsgərov, 7. Junior Osvaldo, 90. Julien Ebah.
Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 80. Tural Rzayev, 4. Elvin Cəbrayıllı, 21. Xəzər Qəribov, 99. Əli Səmədov, 19. Orxan Əliyev, 6. Ceyhun Cavadov.
Baş məşqçi: Şahin Diniyev.
“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 4. Ruslan Cəfərov, 8. Vüqar Bəybalayev, 9. Bayram Budaqov, 10. Tural Qürbətov, 12. İlyas Səfərzadə, 17. Vaquf Güləliyev, 18. Tural Cəlilov (k), 35. Elfad Baləhmədov, 44. Yusif Həsənov, 99. Mahsum Qənbərli.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 6. Asif Mirili, 7. Orxan Səfiyaroğlu, 16. İbrahim Qədirzadə, 32. Zaman Mirzəzadə, 41. Hüseyn Xəlilzadə, 66. Kənan Həsənov.
Baş məşqçi: Elbrus Məmmədov.

AZAL - “Neftçi” - 1:1 (1:0)
Qollar: K.Mirzəyev, 40 (1:0). N.Kanales, 60 (1:1).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəhim Həsənov.
Bakı. "AZAL Arena".

AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov (k), 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 24. Emin Cəfərquliyev, 6. Tagim Novruzov, 14. İlqar Ələkbərov, 21. Murad Səttarlı, 88. Mirzağa Hüseynpur, 22. Kamal Mirzəyev, 27. Aleksandr Quruli.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 4. Qvanzav Maqomedov, 19. Məhəmməd Bədəlbəyli, 10. Nuqzar Kvirtiya, 77. Adan Koronado, 20. İsmayıl İbrahimli, 23. Hacı Əhmədov.
Baş məşqçi: Tərlan Əhmədov.
“Neftçi”: 53. Maksim Vaylo, 5. Xuan Alberto Melli, 6. Aylton Silva, 7. Araz Abdullayev (k), 8. Elşən Abdullayev, 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 20. Anyete, 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 66. Kamran İbrahimov, 4. Rahil Məmmədov, 9. Nikolas Kanales, 26. Kamal Qurbanov, 14. Məhəmməd Qurbanov, 18. Elşən Rzazadə, 61. Təyyar Məmmədov.
Baş məşqçi: Vəli Qasımov.

“Qəbələ” - “Zirə” - 1:2 (1:1)
Qollar: A.Qay, 17 (1:0). N.Bonilya, 39 (1:1). N.Bonilya, 84 (1:2).
Hakimlər: Fariz Yusifov, Nahid Əliyev, Cavanşir Yusifov, Ramil Əhmədov.
Qəbələ şəhər stadionu.

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 7. Ermin Zets, 8. Məhəmməd Mirzəbəyov, 9. Sergey Zenyov, 10. Dodo (k), 19. Aleksey Qay, 21. Arif Daşdəmirov, 87. Ruslan Abışov.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 5. Pavel Paşayev, 15. Vitali Vernidub, 20. Rikardinyo, 25. Qismət Alıyev, 32. Rəşad Eyubov, 69. Aleksey Antonov.
Baş məşqçi: Roman Qriqorçuk.
“Zirə”: 1. Anar Nəzirov, 2. Çimezi Mbah, 6. Vüqar Mustafayev, 9. Nelson Bonilya, 10. İqor İvanoviç, 11. Viktor İqbekoyi, 13. Aleksandr Şemonayev (k), 14. Tellur Mütəllimov, 19. Nurlan Novruzov, 28. Təmkin Xəlilzadə, 39. Sadiq Quliyev.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 5. Adil Nağıyev, 8. Tərzin Cahangirov, 27. Rəşad Abdullayev, 60. Elvin Məmmədov, 90. Vüsal İsgəndərli, 96. Elgün Nəbiyev.
Baş məşqçi: Adil Şükürov.

“İnter” - “Rəvan” - 3:1 (3:1)
Qollar: R.Tağızadə, 6 (0:1). Z.Xizanişvili, 8 (1:1). M.Abbasov, 18 (2:1). R.Əmircanov, 21 (3:1).
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Kamran Bayramov, Xəlil Xəlilov.
Bakı. “İnter Arena”.

“İnter”: 1. Kamran Ağayev, 3. Denis Silva, 6. Laşa Salukvadze, 7. Nika Kvekveskiri, 9. Qara Qarayev, 12. Ruslan Əmircanov (k), 14. Zurab Xizanişvili, 19. Mirhüseyn Seyidov, 20. Yuri Fomenko, 23. Sezar Meza Kolli, 30. Abbas Hüseynov.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 2. Sərtan Taşkın, 4. Laşa Kasradze, 33. Aqşin Quluzadə, 39. Elnur Süleymanov, 49. Süleyman Əhmədov, 77. Mirsahib Abbasov.
Baş məşqçi: Zaur Svanadze.
“Rəvan”: 1. Rəşad Əzizli, 86. Yasin Həmid, 17. Ramazan Abbasov, 8. Məmməd Quliyev, 2. Ruslan Tağızadə, 99. Əziz Hüseynov, 5. Mirkamil Haşımlı, 21. Novruz Məmmədov, 3. Saşa Yunisoğlu, 16. Orxan Lalayev, 4. Kənan Müslümov.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 39. Əlibəy Məmmədli, 13. Cəmşid Məhərrəmov, 19. Hüseyn Axundov, 14. Elvin Əliyev, 98. Ülvi Kələşov, 77. Nurxan Mənsimzadə.
Baş məşqçi: Bəhmən Həsənov.

“Sumqayıt” - “Qarabağ” - 0:2 (0:2)
Qollar: D.Kintana, 13 (0:1). M.Madera, 17 (0:2).
Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Mahir Məmmədov.
Sumqayıt. “Kapital Bank Arena”.

“Sumqayıt”: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 10. Uğur Pamuk, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 18. Aleksandr Çertoqanov, 39. Emin Mehdiyev, 55. Ağabala Ramazanov, 70. Vaqif Cavadov, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 12. Tural Abbaszadə, 5. Cəmil Hacıyev, 7. Pərdis Fərcad-Azad, 22. Tofiq Mikayılov, 24. Amit Quluzadə, 29. Amil Yunanov, 99. Rasim Ramaldanov.
Baş məşqçi: Samir Abasov.
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Migel Madera, 10. Dani Kintana, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov, 99. Muarem Muarem, 97. Mahir Mədətov.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 19. Azər Salahlı, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 77. Cavid Tağıyev, 90. Samuel Armenteros, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.

Bombardirlər:
10
- Nelson Bonilya ("Zirə").
8 - Riçard Almeyda ("Qarabağ").

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.