13 mart 2016 00:40
Əmirquliyev Almaniyadan nə vaxt qayıdacaq?
Xəbər verdiyimiz kimi, "Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyev əməliyyat olunub. Azerisport.az xəbər verir ki, qış transfer pəncərəsi zamanı komandanın sıralarına qoşulan milli futbolçu təlim-məşq toplanışı zamanı zədələnmişdi.
O, buna görə təxminən 1 ay yaşıl meydanlardan uzaq qalmışdı. Zədəsini sağaldaraq martın 2-də "Sumqayıt"la keçirilən kubok mücadiləsində ilk dəfə "Qarabağ"da start heyətində meydana çıxan Rahid elə ilk hissədəcə yenidən zədələnmişdi.
Belədə 27 yaşlı futbolçu Almaniyaya əməliyyata göndərilib. Artıq futbolçu uğurla əməliyyat olunub və hazırda reabilitasiya dönəmini keçirtməkdədir. Əmirquliyevin növbəti həftə Bakıya qayıtması gözlənilir. (klub saytı)
