13 mart 2016 00:35
Orxan Əliyev: Xəzər Lənkəran ilə oyuna hazıram
"Kəpəz"in qışda heyətində qatdığı yarımmüdafiəçi Orxan Əliyev zədəsini sağaldıb. Azerisport.az saytına açıqlama verən futbolçu Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində qarşılaşacaqları "Xəzər Lənkəran"la oyuna çıxmağa hazır olduqlarını bəyan edib:
"Zədə artıq arxada qalıb. Hətta əvəzedici komandada bir hissə oynayıb, qol da vurmuşam. "Xəzər Lənkəran"la oyuna hazıram. Əlbəttə, hər şey baş məşqçidən asılıdır. Lənkəranlılara qarşı oynayıb-oynamayacağıma yalnız o qərar verə bilər".
