13 mart 2016 00:15

Şahin Diniyev: Onların müdafiəsini yarmaq üçün xeyli güc sərf etməli olacağıq

Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində martın 13-də Gəncə şəhər stadionunda  “Xəzər Lənkəran” ilə qarşılaşacaq “Kəpəz” ötəm gün keçirilən məşqlə qarşıdakı matçın hazırlığını tamamlayıb. Azerisport.az xəbər verir ki, məşqdən sonra “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev mətbuata oyunla bağlı fikirlərini bölüşüb:

“Rəvan” üzərindəki qələbədən sonra uğurlu çıxışımızı sürdürmək üçün “Xəzər Lənkəran”a qarşıda görüşdə də qələbə qazanmaq istəyirik. Liderlər qrupundan uzaqlaşmamaq üçün üç xala ehtiyacımız var. Amma bu o qədər də asan olmayacaq. Rəqibin heyəti gənc və təcrübəli oyunçulardan qurulub”.

Təcrübəli məşqçi “Xəzər Lənkəran” ilə əvvəlki oyunlara da toxunub: “Lənkəran klubu hər dəfə bizə problem yaradır. Çempionatda cənub təmsilçisini məğlub etsək də, kubokda bizi mübarizədən çıxartdılar. “Neftçi” ilə kubok oyununda da evdə qələbə qazandılar. Bu onu göstərir ki, asan rəqib deyillər. Onların müdafiəsini yarmaq üçün xeyli güc sərf etməli olacağıq. Meydana üç xal üçün çıxacağıq, amma qələbə qazanmaq asan olmayacaq. Bunun üçün meydanda mübarizə aparmalıyıq”.

Sahin Diniyev heyətdəki itkilər haqda da danışıb: “Müdafiə xəttinin cinahlarında çıxış edən futbolçular sarıdan heyətimiz kasaddır. Cinah müdafiəçilərinin cəzalı olması və onların mövqeyində oynayan ehtiyat futbolçumuzun olmaması bizə problemlər yaradacaq. Amma “Kəpəz” yalnız bu oyunçulardan ibarət deyil. Çalışacağıq ki, onların yerini dolduraq”. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.