13 mart 2016 00:10

Topaz Premyer Liqasında 25-ci tur həyəcanı

Bu gün Topaz Premyer Liqasında 25-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, turun bütün oyunları eyni gündə baş tutacaq.

Çempionatın lideri "Qarabağ" səfərdə "Sumqayıt"ın qonağı olacaq. Bu komandalar arasında baş tutan əvvəlki 14 oyundan 8-də Ağdam, 4-də Sumqayıt klubu qalib gəlib. Daha iki qarşılaşmada isə heç-heçə qeydə alınıb. Top fərqi də "Qarabağ"ın xeyrinədir 28:9. “Qarabağ” son 5 qarşılaşmadan üçündə bu rəqibinə qalib gəlib. Son 5 matçda meydan sahibi komanda qol vura bilir. Cari mövsümdə baş tutan oyunlarda isə "Sumqayıt" daha uğurlu təsir bağışlayır. Bu komanda birinci dövrədə öz meydanında 1:0 hesabıyla qalib gəlmişdisə, "Qarabağ"ın meydanındakı dueldə 2:2 hesablı heç-heçə qeydə alınmışdı. Yeri gəlmişkən, bu kollektivlər cari mövsümdə ölkə kubokunda da üz-üzə gəlib. 1/4 final mərhələsi çərçivəsində baş tutan həmin oyunlarda "Qarabağ" evdə 2:0, səfərdə 4:1 hesabıyla üstün olaraq, yarımfinala çıxmışdı. İndi Samir Abasovun komandası həm də kubokdakı uğursuz çıxışı unutdurmağa çalışacaq. Amma Ağdam klubu da liderliyini qorumaq üçün xal itirməyi düşünmür.

Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Zirə" də səfərdə əsas izləyicisi "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirəcək. Komandalar ikinci dəfə “Qəbələ”nin meydanında üz-üzə gələcək. Rəqiblər arasında baş tutan iki matçda yalnız bir qol qeydə alınıb. “Qəbələ” “Zirə”ylə matçlarda qol vura bilməyib. Zirədə baş tutan yeganə matçda isə meydan sahibləri 1:0 hesabıyla qalib gəlmişdilər. "Qarabağ" - "Sumqayıt" cütündə olduğu kimi, bu görüşün də iştirakçıları kubokun 1/4 final görüşlərinin ardından Premyer Liqada da qarşılaşmalı olacaq. Zirədəki ilk oyunda 2:1 hesabıyla qalib gələn "Qəbələ" doğma meydanda rəqibini 5:1 hesabıyla darmadağın edərək yarımfinala çıxmışdı. Elə həmin matçdan sonra Qəbələdə qalıb çempionat oyununa hazırlaşan "Zirə"nin kubokdakı uğursuzluğu bu gün unutdurmağa çalışacağı gözlənilir. Lakin iddialı "Qəbələ" də nəhayət, Premyer Liqada debütant üzərində ilk qələbəsini qazanmaq istəyir.

Dördüncü pillədə qərarlaşan "İnter"i də kubokda yolundan kənarlaşdığı "Rəvan"la görüş gözləyir. Maraqlıdır ki, bu komandalar arasında əvvəllər keçirilmiş 10 çempionat oyununun hamısında "İnter" qalib gəlib. Elə top fərqində də bu komandanın aşkar üstünlüyü var - 24:5. Əvvəlki 10 qarşılaşmanın hamısında qol vuran “İnter” bu dəfə də ənənəsinə sadiq qalmağa çalışacaq. “Rəvan” üç matçdır qol vura bilmirsə, son 8 paytaxt derbisində “İnter” 2 və ya daha çox qola imza atıb. Bu komanda cari mövsümdəki görüşlərin də hər ikisində 2:0 hesabıyla üstün olub. Bir neçə gün öncə kubok çərçivəsində "Rəvan" tarixində ilk dəfə "İnter" üzərində 2:1 hesablı qələbə qazanaraq, sensasiyaya imza atsa da, "bankirlər" doğma meydanda 3:0 hesablı darmadağına imza ataraq, kubokda böyük sensasiyanın baş verməsinə imkan vermədi. Elə bu gün baş tutacaq matçda da "İnter"in favorit olduğu dəqiqdir.

Avrokuboklara vəsiqə qazanmağa çalışan "Kəpəz" bu tur "Xəzər Lənkəran"la qarşılaşacaq. Bölgə klubları tarixində 15-ci dəfə üz-üzə gələcək. Əvvəlki 14 oyundan 10-da cənublular, 3-də gəncəlilər qalib gəliblərsə, cəmi bir oyunda heç-heçə qeydə alınıb. Top fərqində də "ağ-yaşıllar" üstündür - 20:10. Son 3 oyunun taleyini 1 qol həll edib.”Kəpəz” ardıcıl 2 qələbə qazanıb. Komandalar Gəncədə heç-heçə etməyib. Bu mövsüm baş tutan görüşlərdə Gəncə təmsilçisi eyni hesabla (1:0) üstün olub. Elə bu matçda da Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv favorit göstərilir.

Turun daha bir dueli iki paytaxt klubu - AZAL və "Neftçi" arasında keçiriləcək. Əvvəlki 28 oyundan 13-də "ağ-qaralar", 7-də isə "təyyarəçilər" qələbə qazanıblar. 8 görüşdə heç-heçə qeydə alınıb. Top fərqində də "Neftçi" üstündür - 44:24. AZAL 3 qarşılaşmadır rəqibinə uduzmur. “Ağ-qaralar” son 5 oyunda cəmi 1 qələbə qazanıb. Son 5 matçda qonaq komanda 1 qol vurur. Cari mövsümdə baş tutan görüşlərə gəlincə, AZAL "Neftçi"yə hər iki oyunda qalib gəlib - evdə 2:1, səfərdə 1:0. Əsgər Abdullayevin istefasından sonra Vəli Qasımova tapşırılan "Neftçi" kubokdakı uğurun davamını Premyer Liqada da gətirməyə çalışacaq. Amma Tərlan Əhmədovun rəhbərlik etdiyi "təyyarəçilər" də "ağ-qaralar"a qarşı xüsusi motivasiya ilə oynayır və bu dəfə də elə olacağı şübhəsizdir.

Topaz Premyer Liqası
25-ci tur

13 mart (bazar)

15:00. “Kəpəz” - “Xəzər Lənkəran”
Hakimlər: Rəvan Həmzəzadə, Munis Abdullayev, Vüsal Qənbərov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Kərim Ağayev.
Gəncə şəhər stadionu.

15:00. AZAL - “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Asim Xudiyev.
Bakı. "AZAL Arena".

15:00. “Qəbələ” - “Zirə”
Hakimlər: Fariz Yusifov, Nahid Əliyev, Cavanşir Yusifov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
Qəbələ şəhər stadionu.

15:00. “İnter” - “Rəvan”
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Kamran Bayramov, Xəlil Xəlilov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. “İnter Arena”.

17:30. “Sumqayıt” - “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Əli Hüseynov.
Sumqayıt. “Kapital Bank Arena”.

1Qarabağ24156338-1551
2Zirə24128427-1744
3Qəbələ24118529-1741
4İnter24108622-1638
5Kəpəz2499628-2136
6AZAL24951014-2132
7Neftçi2487923-2631
8Sumqayıt244101025-3322
9Xəzər Lənkəran24351610-3114
10Rəvan24281415-348

Qeyd: FIFA İntizam Komitəsinin müraciəti əsasında 26.01.2016 tarixdə "Rəvan" klubunun aktivindən 6 xal silinib. 

Bombardirlər:
8
- Riçard Almeyda ("Qarabağ"), Nelson Bonilya ("Zirə").
7 - Ruslan Qurbanov ("Neftçi"), Dani Kintana ("Qarabağ").
6 - Amil Yunanov ("Sumqayıt"), Aleksey Antonov ("Qəbələ"), Samuel Armenteros ("Qarabağ").

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.