12 mart 2016 23:00
Kəpəz ev oyununun hazırlığını tamamladı
Sabah Topaz Premyer Liqasının 25-ci turunda doğma divarlar arasında “Xəzər Lənkəran”ı qəbul edəcək “Kəpəz” bu gün oyunun keçiriləcəyi arenada son məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, mətbuat və azarkeşlər üçün açıq xarakter daşıyan hazırlıq prosesi yorucu olmayıb və təxminən 50 dəqiqə davam edib.
Cənub təmsilçisi ilə matç öncəsi Gəncə klubunda itkilər var. Uzun müddətə sıradan çıxan Dario Frederiko zədəlidirsə, digər iki futbolçu cəza səbəbindən görüşü buraxmaq məcburiyyətindir. Müdafiəçilər Şəhriyar Əliyev ilə Şəhriyar Rəhimov sarı vərəqə limitinə görə meydana çıxa bilməyəcək.
Sonda xatırldaq ki, bu komandalar arasında əvvəlki iki dövrədə keçirilən hər iki oyunda “sarı-göylər” qələbə qazanıb. (klub saytı)
