12 mart 2016 20:20
Azərbaycan Belarusa 2-ci oyunda qalib gəldi
Bu gün 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Bakı Olimpiya Stadionunda Belarusun müvafiq yaş qrupuna aid komandası ilə yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşmanı Yuliya Larionova, Aybəniz Əsgərzadə, Ülviyyə Mustafayeva və Səbayel Qurbanovadan ibarət hakimlər briqadası idarə edib.
Millimiz bu görüşdən minimal hesablı qələbə ilə ayrılıb.
Xatırladaq ki, bu komandalar arasında martın 10-da keçirilmiş ilk görüş 2:2 hesabı ilə başa çatmışdı.
Yoxlama oyunu
12 mart
Azərbaycan - Belarus - 1:0 (0:0)
Qol: A.Əliyeva, 87-pen. (1:0).
Bakı Olimpiya stadionu.
