12 mart 2016 15:30

Adil Şükürov: Zirənin avrokuboklara buraxılmaması faciə olmayacaq

"Zirə"nin baş məşqçisi Adil Şükürov Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri səfər oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Komanda kubokdakı "Qəbələ" məğlubiyyətindən sonra özünü necə hiss edir?
- Komandanın toparlanması üçün əlimizdən gələni edirik. Bu rəqibə qarşı Premyer Liqa matçına kimi hazır olmalıyıq. Xüsusi bir problem görmürəm. Kubokdakı məğlubiyyəti nə dərəcədə unutduğumuzu isə oyunda görəcəyik.

- Hər halda psixoloji baxımdan hansısa problem hiss oluna bilər...
- Belə problem ola bilər. Amma 1:5 hesablı məğlubiyyət həm də bizim üçün əlavə bir motivasiyadır.

- Niyə "Qəbələ" ilə cavab matçına optimal heyət buraxmamışdınız? Bu, Premyer Liqanın sizin üçün kubokdan daha çox önəm daşıdığının göstəricisidir?
- Kubok da bizim üçün önəmli idi. Amma biz futbolçularımızın gücünü də nəzərə almalıyıq. Bu üzdən də bəzi oyunçularımıza istirahət hüququ qazandırmışdıq. Kiçik zədəsi olanlar da var idi. Eyni futbolçuları hər görüşdə meydana buraxa bilmərik.

- "Qəbələ" ilə qarşıdakı oyundan nö gözləyirsiniz?
- Bu komanda turnir cədvəlindəki əsas izləyicimizdir. Hədəfimiz mövqeyimizi qorumaqdır. Şübhəsiz ki, "Qəbələ" kubokdakı qələbədən daha da ruhlanıb, çempionatda da uğur qazanmaq istəyəcək. Amma biz də həmin məğlubiyyətdən dərs çıxarmışıq.

- Ötən gün UEFA-nın baş katibi funksiyasını yerinə yetirən Teodor Teodoridis "Zirə"nin avrokuboklara buraxılmamasının mümkünlüyünü açıqladı...
- O, bəyan edib ki, istisna kimi müəyyən nüanslar var. Biz də həmin nüanslardan yararlanmağa çalışmalıyıq. Biz avrokuboklara vəsiqə qazansaq, iştirakımıza icazə verilməsə də belə, bunu faciəyə çevirməməliyik. Biz hazırda gələcək üçün güclü komanda yaratmağa çalışırıq. Ona görə də avrokuboklara buraxılmamağımız faciə olmayacaq.

- Siz buna hazırsınız. Bəs futbolçular?
- Biz bu heyəti toplayanda heç avrokuboklara vəsiqə qazanmaqdan söhbət də getmirdi. Hədəfimiz güclü komanda yaratmaq idi. Məncə, avrokuboklara buraxılmamağımız növbəti mövsüm üçün bizdə əlavə motivasiya yarada bilər. Biz hələ Premyer Liqadakı ilk mövsümümüzü keçiririk. Hələ yolun başlanğıcındayıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.