12 mart 2016 14:30
Mehman Allahverdiyev: Gəncə şəhər stadionunun qazonu tezliklə ideal vəziyyətdə olacaq
"Kəpəz"in icraçı direktoru Mehman Allahverdiyev bəyan edib ki, Gəncə şəhər stadionunun qazonu yeniləcək. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Stadionun yenidən təmir olunmasına biz cavabdeh deyilik. Arena gənclər və idman nazirliyinin balansındadır. Bu işlə də onlar məşğul olacaqlar. Amma qazonla bağlı onu deyə bilərəm ki, o, artıq yaxşı vəziyyətdədir. Tezliklə qazon daha da ideal vəziyyətdə olacaq. Ona görə çətin ki, bundan sonra kimsə arenamızın qazonundan narazı olsun".
