12 mart 2016 14:00
Kazbek Tuayev: İK-da Qurban Qurbanov kimi birinin peyda olması çox xoşdur
AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev ötən gün baş tutan Hesabat-Seçki Konfransından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İK-da Qurban Qurbanov kimi bir insanın peyda olması çox xoşdur. Xarici işlər naziri Elmar Məmmədyarovu da bu komitədə görməkdən çox şadam. Rövnəq Abdullayevə, Elxan Məmmədova minnətdaram ki, xəstə olmasına baxmayaraq, Mirkamil Həşimovu da İK-da saxladılar. Abdullayevi də yenidən AFFA prezidenti seçilməsi münasibətilə təbrik edirəm".
