12 mart 2016 13:00
Azərbaycan və Kanada arasındakı matçın vaxtı bilindi
Azərbaycan və Kanada yığma komandaları arasında keçiriləcək yoxlama matçının harada və naxt baş tutacağı müəyyənləşib. Azerisport.az xəbər verir ki, qarşılaşma iyunun 3-də keçiriləcək.
Matç Avstriyada baş tutacaq.
Qeyd edək ki, Azərbaycan millisi bu toplanış müddətində üç yoxlama matçı keçirəcək. Hazırda digər iki rəqibin axtarışı davam edir.
