12 mart 2016 12:00
Robert Prosineçki Rahid Əmirquliyev itkisindən danışdı
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki millimizin və "Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyevin əməliyyat olunmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu, məni çox məyus etdi. Pis xəbərdir. Mənə məlumat veriblər ki, əməliyyat uğurlu alınıb. Təəssüf ki, o, bir müddət bizimlə ola bilməyəcək. Rahidə uğurlar arzulayıram. O, komandamızın mühərrikidir. Bütün oyunlarda yüksək səviyyədə çıxış edib. Bu, Azərbaycan yığması üçün böyük itkidir. Ümid edirəm ki, bərpa prosesi tez keçəcək və seçmə mərhələ oyunlarına qədər yaxşı forma toplayacaq".
