12 mart 2016 11:30
Turan baş məşqçisiz qaldı
Birinci divizionda çıxış edən "Turan Tovuz" baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, Nizami Sadıqov "Bakılı"ya qarşı son oyunun (1:2) ardından istefa verib.
Düzdür, klub rəhbərliyi onun istefasını qəbul edib. Amma Sadıqova klubda başqa vəzifə veriləcək.
Bu gün komandanın yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlməlidir.
Qeyd edək ki, 16 turdan sonra TT 18 xalla 10-cu pillədə qərarlaşıb.
