12 mart 2016 01:00
Samir Məsimovsuz Domjaledən səfər qələbəsi
Sloveniya çempionatında 25-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Zavrç" ilə qarşılaşıb. Matç 1:0 hesabı ilə futbolçumuzun komandasının xeyrinə başa çatıb. Məsimov bu görüşün iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Domjale" geridə qalan turlarda topladığı 42 xalla üçüncü pillədə qərarlaşıb.
