12 mart 2016 00:50
UEFA-nın baş katibi Lənkərana səfər edəcək
AFFA-nın Hesabat-Seçki Konfransı çərçivəsində "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov və UEFA-nın baş katibi Teodor Teodoridis arasında təkbətək görüş keçirilib. Azerisport.az xəbər verir ki, görüş zamanı qitə futbol qurumunun rəsmisinə "Xəzər Lənkəran" haqqında ətraflı məlumat verilib.
Nadirov qonağa klubun tarixi, infrastrukturu, fəaliyyəti, eləcə də akademiyanın nailiyyətləri barədə ətraflı məlumat çatdırıb. Teodoris Azərbaycana növbəti səfəri çərçivəsində Lənkərana gələcəyini bildirib. (klubun mətbuat xidməti)
