12 mart 2016 00:05
Neftçi yeni məşqçisi ilə müqavilə bağladı
“Neftçi” fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorre ilə müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, anlaşmaya əsasən, italiyalı mütəxəssis mövsümün sonunadək bu komandanın fiziki hazırlıq üzrə məşqçisi olacaq.
Qeyd edək ki, 2009-2010-cu illərdə “Neftçi”də çalışmış Covanni Melkiorre Türkiyənin “Qalatasaray”, Rumıniyanın “Astra”, “Petrolul” və ÇFR, eləcə də “Xəzər Lənkəran” klublarında da işləyib. (klub saytı)
