11 mart 2016 20:00
David Trezeqe: Azərbaycanda olduğum üçün şadam
Fransa yığmasının və İtaliyanın "Yuventus" klubunun sabiq hücumçusu David Trezeqe Azərbaycana gəlib. Azerisport.az xəbər verir ki, o, bu gün səfərlə bağlı təşkil olunan mətbuat konfransında fikirlərini də açıqlayıb:
"Azərbaycanda olduğum üçün şadam. Gözəl şəhəriniz xoşuma gəldi. Futbolun inkişafına dəstək vermək lazımdır. "Yuventus" klubu Azərbaycanda fəaliyyət göstərməkdən məmnundur. Ümid edirəm ki, buraya yenidən gələcəyəm".
