11 mart 2016 17:20

AFFA-nın Hesabat-Seçki Konfransı keçirildi

Bu gün “Hilton” otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) növbəti Hesabat-Seçki Konfransı keçirilib. Azerisport.az xəbər verir ki, AFFA-nın prezidenti Rövnəq Abdullayev UEFA-nın baş katibi Teodor Teodoridisi, konfrans nümayəndələrini, qonaqları və mətbuat nümayəndələrini salamlayıb.

AFFA prezidenti qeyd edib ki, qısa müddət öncə FIFA prezidenti vəzifəsinə seçki keçirilib və UEFA-nın sabiq baş katibi Gianni İnfantino FIFA-nın prezidenti seçilib. Bu münasibətlə G.İnfantinonu Azərbaycan futbol ictimaiyyəti adından təbrik edən R.Abdullayev UEFA-nın yeni baş katibi Teodor Teodoridisə bu vəzifədə ilk səfərini Azərbaycana etdiyi üçün minnətdarlığını bildirib. Hesabat dövrü ərzində ölkə futbolunun inkişafı məqsədilə AFFA tərəfindən həyata keçirilmiş tədbirlər barədə qısa məlumat verən R.Abdullayev görülən işlərin müsbət nəticələr verməkdə olduğunu qeyd edib. Sonra Gənclər və İdman naziri Azad Rəhimov çıxış edərək Azərbaycan futbolunun inkişaf etməkdə olduğunu deyib, konfransa uğurlar arzulayıb.

Mandat komissiyasının sədri Mahmud Sadıqov məruzə edərək 35 nümayəndənin 34 nəfərinin Konfransda iştirak etdiyini və Konfransın səlahiyyətli olduğunu bildirib.
Səsvermələrin nəticəsini hesablamaq üçün tərkibi Rövşən Əhmədov, Şaiq Həmidov və Kamran Quliyevdən ibarət Say komissiyası seçilib.

Baş katib Elxan Məmmədov bildirib ki, AFFA-nın hesabat dövrü ərzindəki fəaliyyəti haqqında videoçarx hazırlanıb. Videoçarxın nümayişindən sonra baş katib xüsusi prezentasiya ilə geniş məruzə edib. Sonra söz AFFA-nın baş mühasibi Xalid Cavadova verilib. Baş mühasib 2015-ci ilin maliyyə hesabatını təqdim edib (maliyyə hesabatı saytımızda yerləşdiriləcək). Ardınca müstəqil audit təşkilatının nümayəndəsi Ülvi Həsənovun hesabatı dinlənilib.

AFFA-nın Hüquq və Kadr Məsələləri Şöbəsinin müdiri Rəmiş Malıyev çıxış edərək assosiasiyanın Nizamnaməsinə əlavə və dəyişikiliklər barədə məlumat verib, qeyd olunmuş əlavə və dəyişikliklər konfrans nümayəndələri tərəfindən yekdilliklə qəbul olunub.

AFFA-nın istifadəsinə verilmiş Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev stadionun inkişaf strategiyası, həyata keçirilmiş tədbirlər və arenada tətbiqi nəzərdə tutulan layihələr haqda ətraflı məlumat verib.

Bu il mayın 5-21-dək Azərbaycanda keçiriləcək UEFA U-17 Avropa çempionatında mübarizə aparacaq 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov turnirə hazırlıq barədə danışıb, ölkəmizin futbol ictimaiyyətini qitə birinciliyinin oyunlarını stadionda izləməyə dəvət edib.

Çıxışlar başa çatdıqdan sonra Elxan Məmmədov bildirib ki, gündəlikdəki növbəti məsələ AFFA prezidenti vəzifəsinə seçkinin keçirilməsidir. Bu vəzifəyə yalnız 1 nəfərin – hazırkı prezident Rövnəq Abdullayevin namizədliyinin olduğunu deyən baş katib qeyd edib ki, Nizamnaməyə uyğun olaraq, alternativ namizəd olmadığı üçün açıq səsvermə keçirilə bilər. Konfrans nümayəndələri açıq səsvermə yolu ilə yekdilliklə Rövnəq Abdullayevin növbəti dəfə AFFA prezidenti vəzifəsinə seçilməsinə səs veriblər.

Rövnəq Abdullayev qısa çıxış edərək növbəti dəfə ona etimad göstərmiş futbol ictimaiyyətinə təşəkkür edib, Azərbaycan futbolunun inkişafı naminə səylərini davam etdirəcəyini deyib.

Daha sonra İcraiyyə Komitəsinin üzvləri seçilib. 10 yerə eyni sayda namizəd olduğu üçün seçki açıq səsvermə yolu ilə keçirilib. Adları aşağıda göstərilmiş şəxslər namizədliyi irəli sürülmüş qurumun konfransdakı nümayəndələrinin yekdil səsi ilə İcraiyyə Komitəsinin üzvü seçilib:
 
Peşəkar Futbol Liqası
1. Əliyev Rauf
2. Qurbanov Qurban
3. Nəsirov Elşad
4. Sadıqov Vaqif
 
Regional Futbol Federasiyaları
1. Cavadov İsgəndər
2. Tuayev Kazbek
 
Sahə Futbol Federasiyaları
1. Məmmədov Mahir
2. Rəhimov Mirkamil
 
İctimai Futbol Təşkilatları
1. Qurbanov Firudin
2. Məmmədyarov Elmar
 
Sonra UEFA-nın baş katibi Teodor Teodoridis çıxış edərək Avropa futbol təşkilatının baş katibi qismində ilk səfərini Azərbaycana etməsindən böyük məmnunluq hissi keçirdiyini deyib, AFFA-nın prezidentinə, İcraiyyə Komitəsinə yeni seçkilərdən sonrakı fəaliyyət müddətində uğurlar arzulayıb.

Bununla da, Konfrans öz işini yekunlaşdırıb.

Konfrans başa çatdıqdan dərhal sonra İcraiyyə Komitəsinin iclası, ardınca isə AFFA-nın prezidenti Rövnəq Abdullayevin və UEFA-nın baş katibi Teodor Teodoridisin iştirakı ilə mətbuat konfransı keçirilib. (AFFA)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.