11 mart 2016 15:00
Qurban Qurbanov İcraiyyə Komitəsinə üzv seçilməsinə münasibət bildirdi
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov AFFA İcraiyyə Komitəsinə üzv seçilməsinə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"İK-nın iclasında elə də fəallardan deyildim. Bu, hələ ilk toplantımız idi. Komitəyə müxtəlif sahələrdən üzvlər seçilib. Hər biri özünə görə vacibdir. Birgə çalışmalıyıq. Bu insanlar Azərbaycan futboluna kömək edə biləcəklər. Faydalı olmağa çalışacağıq".
