11 mart 2016 14:40
İcraiyyə Komitəsi Klublar Komitəsinin istəyini reallaşdırmadı
Bu gün AFFA İcraiyyə Komitəsinin iclasında legionerlərə görə üzvlük haqqının azaldılması məsələsinə də baxılıb. Azerisport.az xəbər verir ki, bir müddət öncə Klublar Komitəsi İK-ya müraciət hazırlayaraq, həmin üzvlük haqqının 20 000 manatdan, 5000 manata endirilməsini istəmişdi.
Amma İK KK-nın bu istəyini gözündə qoyub. Belə ki, legionerlərə görə üzvlük haqqı əvvəlki mövsümlərdəki kimi olacaq.
Qeyd edək ki, klublar yeni transfer etdikləri legionerə görə ilk mövsümdə 20 000, ikinci mövsümdə 10 000, üçüncü mövsümdə isə 5000 manat ödəməlidirlər.
