11 mart 2016 14:20
Rövnəq Abdullayev: Elmar Məmmədyarovun dəvəti qəbul edəcəyini gözləmirdim
AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İcraiyyə Komitəsinə üzv seçilməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Elmar Məmmədyarova təşəkkürümü bildirirəm ki, o, bizim dəvətimizi qəbul etdi. O, futbolun azarkeşidir və faydalı məsləhətlər verəcəyinə inanıram. Məhz buna görə də onu İcraiyyə Komitəsinə dəvət etdim. Xarici işlər nazirinin bu dəvətə razılıq verəcəyini gözləmirdim. Amma görünür futbolu o qədər sevir ki, öz köməyini əsirgəmədi".
