Elmar Məmmədyarov: Azərbaycan futbolunun inkişaf etdiyi faktdır
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov AFFA İcraiyyə Komitəsinə üzv seçilməsinə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
"Azərbaycan futbolunda çalışmağa yenicə başlayıram. Ümid edirəm ki, hər şey uğurlu olacaq və futbolumuz inkişaf etməyə davam edəcək".
Məmmədyarov öz planlarından da söz açıb: "Hələ ki, futbolla bağlı planlarımdan danışmaq tezdur. Amma bu yöndə planlarım olacaq. Rövnəq Abdullayev Azərbaycan futbolunun nüfuzunu qaldırmağı təklif etdi. Təbii ki, mən də bunu dəstəkləyirəm. Futbolu sevirəm. Premyer Liqa oyunlarını izləməyə çalışıram. Bütövlükdə, Azərbaycan futbolunun azarkeşiyəm. Fikrimcə, birgə çalışmağımızda problem olmayacaq".
"Əvvəllər "Neftçi"nin oyunundan xoşum gəlirdi. İndi onların problemləri var. "Qarabağ" və "Qəbələ" də xoşuma gəlir".
"Azərbaycan futbolu inkişaf edir və bu, faktdır. Bu mövsüm avrokuboklarda Azərbaycanın iki klubu qrup mərhələsində oynadı. Bu, kiçik uğur deyil. Həmçinin "Zirə" kimi güclü klubumuz yarandı. Bu da sevindirməyə bilməz. İnanıram ki, qarşıdakı mövsümdə də klublarımız avrokubokların əsas mərhələsində uğur qazanacaqlar. Bir klubumuzun Çempionlar Liqasının qrup mərhələsində oynamasını gözləyirik. Bunun vaxtıdır".
