11 mart 2016 13:20
Azərbaycan millisi Kanada ilə qarşılaşa bilər
Azərbaycan yığması mayın sonunda start götürəcək təlim-məşq toplanışı zamanı yoxlama oyunu keçirmək üçün rəqib axtarışını davam etdirir. Azerisport.az xəbər verir ki, millimizin rəqiblərindən biri Kanada yığması ola bilər.
Hazırda AFFA ilə Kanada Futbol Federasiyası arasında danışıqlar davam edir.
Qeyd edək ki, yığmamızın sözügedən toplanışı böyük ehtimalla Avstriyada baş tutacaq.
