11 mart 2016 12:40
Rövnəq Abdullayev: Hədəf AÇ-2020-də iştirak etməkdir
AFFA prezidenti Rövnəq Abdullayev bu gün yenidən bu posta seçilməsinə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bu postu yenidən mənə etimad etdiyiniz üçün hər birinzə təşəkkürümü bildirirəm. Bu etimadı doğrultmağa çalışacağam. Layihələrimizin həyata keçməsinə davam etmək istəyirik. Hədəfimiz Azərbaycan yığmasının AÇ-2020-nin final mərhələsində iştirak etməsidir. Ümid edirəm ki, bizdə hər şey alınacaq".
