İcraiyyə Komitəsinin üzvləri bəlli oldu
Xəbər verdiyimiz kimi, bu gün AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə İcraiyyə Komitəsinə də seçki baş tutub.
İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərdən aşağıdakılar İK-ya üzv seçiliblər:
Peşəkar Futbol Liqası
1. Rauf Əliyev – AZAL PFK tərəfindən
2. Vaqif Sadıqov – «Sumqayıt» FK tərəfindən
3. Elşad Nəsirov – «Neftçi» PFK tərəfindən
4. Qurban Qurbanov – “Qarabağ” FK tərəfindən
Regional Futbol Federasiyaları İctimai Birliyi
1. Kazbek Tuayev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
2. İsgəndər Cavadov – Şimal Regional Futbol Federasiyası tərəfindən
Sahə Futbol Federasiyaları
1. Mahir Məmmədov – Azərbaycan Futzal Federasiyası tərəfindən
2. Mirkamil Rəhimov – Uşaq və Gənclər Futbol Federasiyası tərəfindən
İctimai Futbol Təşkilatları
1. Elmar Məmmədyarov – Ümümazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən
2. Firudin Qurbanov – Futbol Hakimləri İctimai Birliyi tərəfindən
