11 mart 2016 00:30
Ukrayna Azərbaycanla sınaq matçından imtina etdi
Futbol üzrə Ukrayna yığması Azərbaycan millisi ilə yoxlama oyunu keçirməkdən imtina edib. Azerisport.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyasının vitse-prezidenti Sergey Laşkil açıqlama verib:
"Yığmanın məşqçilər korpusuna növbəti yoxlama oyunlarının siyahısını təqdim etdik. Mayın 29-da İtaliya ərazisində Rumıniya ilə, iyunun 2-si və ya 3-də Albaniya, iyunun 6-da isə Moldova ilə qarşılaşacağıq. Mümkün rəqiblər arasında mayın 29-da Azərbaycanla oyun da var idi. Amma məşqçilər korpusu Rumıniya ilə qarşılaşmağa üstünlük verdilər".
