11 mart 2016 00:05
Yığmamız Belarusla heç-heçə etdi
19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Bakı Olimpiya Stadionunda Belarusun müvafiq yaş qrupuna aid komandası ilə yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Martın 12-də, saat 18:00-da, Bakı Olimpiya Stadionunda bu komandalar arasında növbəti yoldaşlıq oyunu keçiriləcək. (AFFA)
