Tuyqun Nadirov: Hakimlik sadəcə, biabırçı idi
"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov AFFA İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyini geri götürməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mənim namizədliyimi klub irəli sürmüşdü, klub da geri götürdü. İmtinanın səbəbi də klubun yaydığı açıqlamada göstərilib. İK-ya namizədliyini irəli sürən insanlara hörmətimiz var. Onların hamısına uğurlar arzulayıram".
Nadirov həmçinin Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri cavab matçını (0:2, ilk oyun – 3:2) da şərh edib: "Hakimlik sadəcə, biabırçı idi. Gənc uşaqları belə idarəçiliklə sındırmaq nəyə lazım idi? Bizim məğlubiyyətimizə hakimlərin ədalətsiz qərarları səbəb oldu. Əlbəttə, hədəfimiz Azərbaycan futboluna daha çox yetirməmizi bəxş etməkdir. Legionerlər gəlib, qazanıb, gedirlər. Amma azərbaycanlı futbolçular bu ölkənindir. Bu gənclərə qarşı belə hərəkət etmək olmaz. Belə hakimlik ayıbdır".
