10 mart 2016 18:00
Ceyhun Sultanov: Qarabağa uduzmaq normaldır, heç bir cəza olmayacaq
"Sumqayıt"ın baş meneceri Ceyhun Sultanov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri cavab matçından (1:4, ilk oyun 0:2) sonra fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz "Qarabağ"a qarşı zəif oynadıq. Belə oyunla təbii ki, 4 qol buraxacaqsan. "Qarabağ"a belə zəif oyunla 2 qol vurmaq olmaz. Amma komandaya heç bir cəza tətbiq olunmayacaq. "Qarabağ"a uduzmaq normaldır. Təcrübə və ustalıq sözünü dedi. Əgər mübarizə aparmasaq, heç kimə qalib gələ bilmərik. Hər oyunda xarakter nümayiş etdirmək lazımdır. Hədəfimiz mümkün qədər çox xal toplayıb, turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmaqdır".
