10 mart 2016 17:00

Əliyev tarixi debütündən danışdı

Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində keçirilən “Rəvan” – “Kəpəz” (1:3) oyunu Gəncə klubunun qapıçısı Eyyub Əliyevin karyerasına bir ilk kimi düşüb. Azerisport.az xəbər verir ki, gənc qolkiper həm “Kəpəz”in heyətində birinci oyununa çıxıb, həm də elitada debüt edib.

Bu münasibətilə klub saytı Əliyevin fikirlərini öyrənib: “Kəpəz”in heyətində ilk matçımı keçirməyim mənim üçün də sevindirici oldu. Ümumiyyətlə, ilk dəfə idi ki, Premyer Liqada oynamaq imkanı əldə edirdim. Bu vaxta kimi hazırkı klubumda və əvvəllər çıxış etdiyim komandalarda ehtiyatda otursam da, nəhayət ki, meydana çıxdım. İnşallah, bunun davamı gələr və daha çox oynayaram. Bunun üçün əlimdən gələni edirəm. Oynamaqla komandama daha çox xeyir vermək istəyirəm. Məşqçilər korpusuna da etimad üçün minnətdaram”.
 
Əliyev debüt oyununda qapısından qol buraxsa da, son nəticə uğurlu olub, “Kəpəz” üç xala sevinib. Bu mənada qapıçının debütü ilk qələbə və ilk buraxılan qolla yadda qalıb: “Açığı, heç kim debütdə qol buraxmaq istəməz. Sadəcə, qismət belə alındı. Qarşıdakı oyunlarda şans verilsə, qapını toxunulmaz saxlamağa çalışacağam. Qol buraxmağıma baxmayaraq, “Kəpəz”in qələbəsi ürəyimcə oldu. Qolkiper qapısından qol buraxsa da, komandanın yekunda qələbə qazanması əsasdı”.
 
“Kəpəz”ə mövsümün əvvəlində cəlb olunan Eyyub bir qayda olaraq yoxlama matçlarında meydana çıxıb. O, “Rəvan”a qarşı görüşdə 65-ci dəqiqədə oyuna daxil olmaqla 25 dəqiqə forma geyinib: “Kimin nə qədər oynamasının yox, komandanın qələbəsi vacibdir. Məşqlər və oyunlar zamanı qolkiperlə işləyən məşqçimiz Nadir Şükürov, eləcə də komanda yoldaşım Tadas Simaitisdən çox şey öyrənməyə səy göstərirəm. Tadas legionerdir, yaşca məndən böyükdür, təcrübəlidir. Hələ öyrəniləsi çox şey var. “Kəpəz”ə layiqli futbolçu olmaq üçün öz üzərimdə işləyirəm”. 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.