10 mart 2016 16:40
Kəpəz martın 12-də Gəncəyə gələcək
“Kəpəz” Topaz Premyer Liqasının 25-ci turunda Gəncədə qarşılaşacağı “Xəzər Lənkəran” ilə oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, martın 8-dən Bakıda məşqlərə start verən komanda hər gün saat 12:00-da meydana çıxır.
“Sarı-göylər” martın 11-nə kimi hazırlığı paytaxtda keçirəcək. Ayın 12-də Gəncəyə gələcək “Kəpəz” oyun öncəsi son məşqinə matçın keçiriləcəyi şəhər stadionunda çıxacaq. Məşq saat 16:00-da başlayacaq. Hazırlıq prosesi azarkeşlər və media üçün açıq olacaq. (klub saytı)
