Xəzər Lənkəran Tuyqun Nadirovun İK-ya namizədliyini geri götürdü
"Xəzər Lənkəran" Futbol Klubu rəsmi saytı vasitəsilə bəyanat yayıb. Azerisport.az sizi həmin açıqlama ilə tanış edir:
"Səsvermədə iştirak edən subyektlərin mütləq çoxluğunun faktiki olaraq ölkənin futbol həyatında əsas rol oynamadığını və bunun nəticəsində səsvermənin öz məqsədlərinə tam cavab vermədiyini nəzərə alaraq, “Xəzər Lənkəran” Futbol Klubu Tuyqun Nadirovun AFFA İcraiyyə Komitəsinə namizədliyini geri götürür.
Qeyd edək ki, mövcüd qaydalara əsasən ümumi 34 səsdən 24 səs hüququ Regional və Sahə Futbol Federasiyaları, həmçinin İctimai Futbol Təşkilatlarına məxsusdur. Bu isə öz növbəsində seçkilərə müstəqil surətdə namizədlik verən şəxsin komitəyə seçilməsini əngəlləyir və sağlam rəqabət prinsiplərinə uyğunsuzluq yaradır.
"Xəzər Lənkəran" Futbol Klubu İcraiyyə Komitəsini namizədliyi irəli sürülmüş hər kəsə uğurlar arzulayır və Komitənin ölkə futbolunun inkişafına dəyərli töhfələr verəcəyinə inamını bildirir".
