10 mart 2016 12:20

Qəbələdən yeni layihə

Atdığı bütün addımlarda təkcə bu gününü deyil, gələcəyini də düşünən “Qəbələ” İdman Klubu gələcəklə bağlı yeni aksiyaya start verib. Azerisport.az xəbər verir ki, məktəblilərin iştirakı ilə daha öncə də müxtəlif layihələr gerçəkləşdirən klub bu aksiya ilə yeniliyə imza atıb.

Layihə çərçivəsində “Qəbələ”nin sifarişi ilə hazırlanan məktəb ləvazimatları dəstləri (azyaşlılar və yuxarı sinif şagirdləri üçün fərqli olmaqla) şagirdlərə təqdim olunub. Qəbələ rayonundakı 68 məktəbdə təhsil alan 17 min şagirdi əhatə edən sosial aksiyanın məqsədi məktəblilərin idmana - futbola marağını artırmaq, idmanı təhsil vasitələri ilə - təhsildən ayrılmadan sevdirmək, onların “Qəbələ” ailəsinin bir üzvü olduğunu, bizim üçün, gələcəyimiz üçün önəm daşıdıqlarını göstərməkdir.

Artıq bütün kənd məktəblərinə ləvazimatlar paylanıb. Aksiyanın davamı olaraq klubumuzun nümayəndələri mayın sonunadək Qəbələdəki bütün məktəbləri ziyarət edəcək. Bundan əlavə şagirdlərin oyunlara gəlməsi üçün hər cür şərait yaradılacaq.

Dünən aksiya çərçivəsində baş tutan belə tədbir 1 saylı orta məktəbdə keçirilib. Klubumuzun futbol direktoru Toni Adams, baş meneceri Zaur Əzizov, kommersiya direktoru Mustafa Aztopal və marketinq  meneceri Səməd Nəsibov məktəbdə şagirdlərlə görüşüblər.

Tədbirdə çıxış edən ingiltərəli futbol mütəxəssisi layihə haqda fikirlərini açıqlayıb. Bütün məktəbliləri komandanı dəstəkləməyə çağıran Adams aksiyaya qatılmağından məmnunluğunu bildirib: “6 ildir burda olsam da, ilk dəfədir sizinlə görüşürəm. Bizim matçları izləməyə gəlsəniz, yenə bura gələrəm. Akademiyamızda təhsil alanların 50 faizinin Qəbələdən olduğunu bilirik. Bu oyunçularla yaxından maraqlanmalıyıq”.

Görüşdə klubun baş meneceri Zaur Əzizov da layihənin vacibliyindən danışıb: “Bu aksiya bizim üçün önəmlidir. Bu gün bu məktəbdə təhsil alan uşaqlar gələcəyin idmançıları, azarkeşləri, hətta “Qəbələ”nin heyətində oynayan futbolçulardan biri ola bilər. Ona görə də bu gün burada iştirak etməkdən məmnunuq”.

Mustafa Aztopal layihənin uğurlu olduğunu qeyd edib: “Bu layihə çoxdan planlaşdırılırdı. Cari mövsüm başa çatanadək Qəbələdəki 68 məktəbin hamısını ziyarət edəcəyik. Layihədə iki məqsədimiz var. Birincisi, uşaqların təhsili ilə maraqlanmaq, onlara yardımçı olmaq, ikincisi isə kluba olan sevgisini artırıb, oyunlarımıza azarkeş kimi cəlb etməkdir. İnanırıq ki, bu məktəblərdən təkcə Azərbaycan yox, Avropa səviyyəli futbolçular çıxacaq. Sizi Qəbələdə keçirilən oyunlarda stadionda da görmək istərdik”.

Görüşün sonunda şagirdlərə hədiyyələr təqdim edən klub nümayəndələri onlarla xatirə şəkili çəkdirib. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.