10 mart 2016 13:20
Real Ovyedo Elnur Cəfərovu pulsuz əldə etmək istəyir
İspaniyanın "Real Ovyedo" klubu Azərbaycan yığmasının gənc yarımmüdafiəçisi Elnur Cəfərovun transferi ilə əlaqədar "Xəzər Lənkəran"la danışıqları davam etdirir. Azerisport.az xəbər verir ki, Sequnda liqa təmsilçisi cənub klubuna bəribaşdan pul ödəmək fikrində deyil.
Halbuki, "Xəzər Lənkəran" oyunçusuna görə 30 000 dollar tələb edir. İspaniya klubu Elnura görə yalnız bir halda pul ödəmək fikrindədir. Belə ki, o, bu klubda ən azı beş oyun keçirməlidir. Yalnız bundan sonra "Real Ovyedo" cənubluların istədiyi pulu ödəməyə hazırdır. Onu da birbaşa yox, hissə-hissə.
"Xəzər Lənkəran"ın isə qarşı tərəfin bu şərtləri ilə razı olmadığı bildirilir.
