10 mart 2016 13:00
Nelson Bonilya yığmaya dəvət almasından danışdı
"Zirə"nin hücumçusu Nelson Bonilya Salvador yığmasına dəvət almasına münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Yığma komandaya dəvət almaq futbolçu üçün ən yaxşı haldır. Belə olanda özümü daha yaxşı motivasiyalı hiss edirəm".
Qeyd edək ki, Salvador yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 25-i və 29-da Hondurasla qarşılaşacaq.
