10 mart 2016 12:00
Zirə futbolçuları müsahibədən imtina edib, Qəbələdə qaldılar
"Zirə" Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı cavab oyunundan sonra paytaxt qayıtmamağa qərar verib. Azerisport.az xəbər verir ki, Adil Şükürovun çalışdırdığı komanda Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində də "Qəbələ" ilə üz-üzə gələcək.
Həmin oyun martın 13-də baş tutacağından zirəlilər elə Qəbələdə qalmağa üstünlük veriblər.
Xatırladaq ki, "Zirə" kubok oyununda "Qəbələ"yə 1:5 hesabıyla uduzdu. Maraqlıdır ki, debütantın üzvləri həmin görüşdən sonra mətbuata müsahibə verməkdən də imtina ediblər.
