10 mart 2016 11:40

Sadıqlı: Düzgün hakimlik olsaydı, Neftçi bizə qalib gələ bilməzdi

"Xəzər Lənkəran"ın qapıçısı Orxan Sadıqlı Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri cavab matçından (0:2, ilk oyun - 3:2) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir.

- Oyunla bağlı fikirləriniz...
- "Neftçi" ardıcıl dörd oyun idi uduzurdu və hamı deyirdi ki, guya onları hakim uduzdurur. Bu gün hakimləri gördünüz. Penalti epizoduna diqqətlə baxın. Mən də həmin epizoda baxacağam. İbrahim Qədirzadəyə qarşı qayda pozuntusu var idi. Belə olmaz. Uşaqların bütün əziyyətini yerə vurdular. "Neftçi" bizi ancaq belə məğlub edə bilərdi. Amma belə futbol oynamaq, belə hakimlik etmək olmaz. Biz Lənkəranda açıq futbol sərgilədik, qələbə qazandıq. Qoy penalti epizoduna Xaqani Məmmədov da baxsın. Hakim bu həyatda bunu edə bilər, amma o biri dünyada hər şeyə görə cavab verməli olacaq.

- Bakıdakı oyunda fərqli motivasiya və atmosfer var idi...
- Komandamızda 18 futbolçu var. Onun 11-i oynayır, 3-ü sonradan meydana çıxır. Gücümüz yetdiyi qədər oynayırıq. Hakimlər oyunları düzgün idarə etsələr, biz də uğur qazana bilərik. Bizim klubu güclü olduğu dövrlərdə də sıxıblar, indi də sıxırlar.

- Sizcə, "Neftçi"yə bu gün hakimlər kömək etdi?
- 100 faiz kömək etdilər. Amma qapımıza təyin olunan penalti ədalətli idi. Epizod göz qabağında idi. Sadəcə, həmin epizoddan əvvəl Qədirzadəyə qarşı kobudluq var idi. 22 yaşım var. 400-500 manatlıq iş tapa bilsəydim, futboldan gedərdim. Belə şeylərdən yorulmuşam.

- "Neftçi" tərəfi isə iddia edir ki, birinci hissədə top Nodar Məmmədovun əlinə dəymişdi...
- Bəli, orada da penalti var idi. Hakim bütövlükdə səhv qərarlar qəbul etdi.

- Sizcə, bu səhvlər qəsdən idi?
- Hər kəsin öz vicdanı var. Biz əziyyət çəkirik, niyə bu əziyyətimizi kimsə yerə vurmalıdır? Düzgün hakimlik olsa, "Neftçi" bizə qalib gələ bilməz. Düzgün olan hakimlər də var. Rəhim Həsənov niyə penaltidən öncə qayda pozuntusunu qeydə almadı? "Xəzər Lənkəran" kimin üçün oynayır? Bu da Azərbaycan klubudur, bu ölkə üçün oynayır. Hər klubun maliyyə problemi var. Hər şey qaydasında olsaydı, biz yarımfinala çıxardıq. Bizdən fərqli, "Neftçi"nin 25 nəfərlik, güclü heyəti var.

- Kubok sizin üçün güclü motivasiya idi. Bəs bundan sonrakı oyunlara hansı motivasiya ilə çıxacaqsınız?
- Kubokda mübarizəni davam etdirmək istəyirdik. Əlbəttə, heç kim bizim kuboku qazanacağımıza inanmırdı. Qarşıdakı oyunlara köklənməyimiz çətin olacaq. Amma davam etmək lazımdır.

- Paytaxt klubunun azarkeşləri ilə problem olmadı?
- Xeyr, mənim ünvanıma təhqir olmadı. Mən nə rus, nə də erməni deyiləm ki, təhqir etsinlər. Onsuz da bizim üzümüzə heç nə deyən olmur. Amma arxamızca danışa bilərlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.