10 mart 2016 11:00
Azərbaycan Belarusa qarşı
Bu gün 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Bakı Olimpiya Stadionunda Belarusun müvafiq yaş qrupuna aid komandası ilə yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, qqarşılaşmanı Səbayel Qurbanova, Xəyalə Əzizzadə, Gülnurə Əkbərzadə və Fəridə Lütfəliyevadan ibarət hakimlər briqadası idarə edəcək.
CBC Sport televiziya kanalında canlı yayımlanacaq oyun saat 18:00-da başlayacaq.
