10 mart 2016 00:35
Vüqar Nadirov: İnterdəki ilk qoluma görə elə də çox sevinmirəm
"İnter"in yarımmüdafiəçisi Vüqar Nadirov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Rəvan"a qarşı keçirdikləri cavab matçını (3:0, ilk oyun - 1:2) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz bu matça ciddi hazırlaşmışdıq. Oyuna da kifayət qədər ciddi yanaşırdıq. İlk qolu vurandan sonra bizim üçün oynamaq daha da asanlaşdı. Üçüncü qoldan sonra isə tamamilə arxayınlaşdıq. Fikrimcə, erkən qol bizim şanslarımızı çox yaxşılaşdırdı. "İnter"də ilk qolumu vurmağıma gəlincə, buna elə də çox sevinmirəm. Lazım idi, vurdum. Uzun müddət idi oynamırdım. Tədricən əvvəlki formamı bərpa edirəm".
