10 mart 2016 00:30
Vəli Qasımov: Zirəyə 7 qol vuran Qəbələdən qorxmuruq
"Neftçi"nin müvəqqəti baş məşqçisi təyin olunan Vəli Qasımov Azərbaycan kubokunun yarımfinalında qarşılaşacaqları "Qəbələ" ilə oyunlar barədə danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"1/4 finalda "Zirə"yə 7 qol vuran "Qəbələ"dən çəkinmirikmi? Xeyr, qorxmuruq. Fikrimcə, şəxsi keyfiyyətlərinə görə "Neftçi"nin futbolçuları bu komandanın oyunçularından daha perspektivlidir. Finala çıxmaq lazımdır".
Qasımov Samir Əliyevin əsas komandadan əvəzedici heyətə keçməsinə də münasibət bildirib: "O, əvəzedici komandaya getməyi öz istədi. Onu buna biz məcbur etməmişik".
