10 mart 2016 00:25

Fəhmin Muradbəyli: İlk üç komanda sırasında yer almaq şansımız var

"Neftçi"nin hücumçusu Fəhmin Muradbəyli Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri cavab matçından (2:0, ilk oyun - 2:3) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir.

- Öncə matçla bağlı fikirləriniz...
- Qələbə qazanacağımıza inanırdıq. Şadam ki, istəyimizə çatdıq. Azarkeşlərimizi, klub rəhbərliyini sevindirdik. Biz sanki "qara zolağ"a düşmüşdük. Amma bu qələbə sayəsində həmin zolaqdan çıxdıq.

- Komandanın "qara zolaq"dan çıxması üçün Əsgər Abdullayevin istefası lazım idi?
- Mən belə düşünmürəm. Onun bizim üzərimizdə az zəhməti olmayıb. Sadəcə, elə bil ki, bəxtsizlik hökm sürürdü. Komandamızın son uğursuzluqlarında Abdullayevi günahlandırmazdım.

- Komanda Vəli Qasımova tapşırılandan bəri nə dəyişib ki?
- Hamı bilir ki, komanda yeni baş məşqçi gələndə başqa cür oynayır. Məşqçi dəyişəndə sanki ikinci nəfəs açılır. Bizdə də elə oldu.

- Matça sağ cinah müdafiəçisi kimi başlamışdınız. Bu, problem yaratmırdı?
- Bəli, müdafiəçi kimi oynayırdım. Əvvəlki oyunda da sağ cinah müdafiəçisi kimi oynamışdım. Vəli Qasımov bu barədə məndən soruşdu, bildirdim ki, əlimdən gələni etməyə hazıram. Şadam ki, hər şey uğurlu alındı və qol buaxmadıq. Baş məşqçinin etimadını doğrultdum.

- Hakimlikdən həm siz, həm də "Xəzər Lənkəran" narazı idi. İlk yarıda siz penalti tələb edirdiniz. Orada doğrudan penalti var idi?
- Düzünü deyim ki, həmin epizoda yaxın deyildim. Amma hamı deyirdi ki, penalti var idi. Analoji vəziyyət "Barselona" - "Atletiko" oyununda da olmuşdu, Pikenin əlinə top dəydiyi üçün penalti verilmişdi. "Xəzər Lənkəran"la son çempionat oyunumuzda iki penaltimiz verilməmişdi. Halbuki, həmin maçtda top Nodar Məmmədovla Tural Cəlilovun əlinə dəymişdi. "Neftçi"ni sıxırlar, bunu hamı görür. "Qəbələ" ilə oyunda da hamı bunu gördü. İlk qolda hakim ofsaydı görmədi. Halbuki, onu görməmək üçün kor olmaq lazım idi.

- Yeri gəlmişkən, yarımfinalda "Qəbələ" ilə qarşılaşacaqsınız...
- Son çempionat matçında onlara 1:2 hesabıyla uduzmuşuq. Amma onlardan zəif çıxış etdiyimizi düşünmürəm. Özümüzə inanırıq. Bilirik ki, qələbə qazanacaq gücdəyik.

- Komandanızın hazırda qərarlaşdığı mövqedən razısınız?
- Qətiyyən yox. Bu, təkcə bizi yox, "Neftçi" fanatlarını da üzür. Komandamız bu mövqedə qərarlaşmağa layiq deyil. Qələbələr qazanıb, turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşdırmaq istəyirik. İlk üçlüyə düşmək şansımız var.

- Bəs "Neftçi" ilk üçlüyə düşməyə layiqdirmi?
- Biz hətta çempionluq uğrunda da mübarizə apara bilərik. Çempionatın əvvəlində çox xal itirdik. İndi də onun əziyyətini çəkirik. Amma bundan sonra həmin səhvləri təkrar etməyəcəyimizə inanıram. Hər oyuna qələbə üçün çıxırıq. Bundan sonra da üç xal üçün mübarizə aparacağıq.

- Qarşıda AZAL-la oyun var...
- Biz bu oyuna da ciddi hazırlaşacağıq. Qələbə qazanıb, turnir cədvəlində irəliləmək lazımdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.