9 mart 2016 20:30
Elbrus Məmmədov: Hakimin kobud səhvi nəticəsində təyin olunan penalti hər şeyi dəyişdi
"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri cavab matçını (0:2, ilk oyun - 3:2) şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Birinci hissədə əlimizdən gələni etdik. Qol vəziyyətləri də yaratdıq. Amma ikinci yarıda hakimin kobud səhvi nəticəsində təyin olunan penalti hər şeyi dəyişdi. Ondan sonra çox şey dəyişdi. Uşaqlar yenə vuruşdular, qol vurmağa çalışdılar. Lakin bacarmadılar. Səhvlər üzərində çalışmağımız lazımdır". (СВС)
